Bakıda icra məmuru qadın vəkili döydü

KRİMİNAL bölməsi

23:27 - 18 May 2022

 Bakıda icra məmuru qadın vəkili döydü

Bakıda qadın vəkil icra məmuru tərəfindən döyülüb.

Yenipress.az APA-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə vəkilin yaxınları məlumat verib.

Bildirilib ki, Vəkillər Kollegiyasının üzvü Ülkər Hüseyn qızı Hüseynbəyli Sumqayıt İcra şöbəsinin icra məmuru Pərviz Quliyev tərəfindən təhqir edilərək döyülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, həmin məsələ ilə bağlı polisə müraciət daxil olub:

"Tərəflər arasında mübahisə şəxsi zəmində baş verib. Müraciətlə bağlı Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində araşdırma aparılır".

Xəbər xətti