Bakıda kürəkən özündən 9 yaş böyük qayınatasını öldürdü

KRİMİNAL bölməsi

10:29 - 18 May 2022

 Bakıda kürəkən özündən 9 yaş böyük qayınatasını öldürdü

Bakıda kürəkən qayınatasını qətlə yetirib.

Yenipress.az APA-ya istinadən xəbər verir ki, hadisə Ramanı qəsəbəsi "Şuşa şəhərciyi"ndə qeydə alınıb.

1987-ci il təvəllüdlü Taleh Heydərov özündən 9 yaş böyük olan qayınatası Qabil Qənbərovu bıçaq zərbələri ilə qətlə yetirib.

Taleh Heydərov hadisə yerindən qaçıb. Hazırda onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər xətti