Bülbüloğlu da ayaqqabısını Şuşa torpağından qorudu - Foto

TOPLUM bölməsi

16:43 - 12 May 2022

 Bülbüloğlu da ayaqqabısını Şuşa torpağından qorudu - Foto

Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlunun bu gün Şuşada “Xarıbülbül” festivalı zamanı lentə alınmış fotosu tənqid edilib.

Yenipress.az xəbər verir ki, o, Şuşada ayaqqabısı bulaşmasın deyə üstündən baxıl geyinib.

Qeyd edək ki, sözügedən fotoda Prezident və Birinci vitse-prezidentin baxıldan istifadə etmədiyi də görünür.

Xatırladaq ki, bundan öncə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da Şuşada olarkən, ayaqqabısı bulaşmasın deyə üstündən baxıl geyinmiş və kəskin tənqid olunmuşdu.

Xəbər xətti