Futbol oyunlarının vaxtı 60 dəqiqəyə endirilə bilər

İDMAN bölməsi

15:08 - 6 May 2022

 Futbol oyunlarının vaxtı 60 dəqiqəyə endirilə bilər

UEFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) və FIFA oyunların vaxtını 60 dəqiqəyə endirməyi düşünür.

Yenipress.az Report-a istinadən xəbər verir ki, bu barədə tanınmış referi Mark Klattenburq bildirib.

Onun sözlərinə görə, "xalis vaxt" anlayışının tətbiqi variantı da nəzərdə keçirilir: "Hakimlər oyunda dayanmaların mübahisəli məsələ olduğunu bilirlər. Qalib komanda sonda az, məğlub tərəf isə daha çox vaxt tələb edir. Düşünürəm ki, bunun həll yolu "xalis vaxt"ı tətbiq etmək və matçları 60 dəqiqə etməkdir. Kollina, FIFA və IFAB hazırda bu ideyanın üzərində işləyir. Bu sistem basketbolda var. Futbolda da tətbiq oluna bilər".

Klattenburq bildirib ki, bu sistemdə top kənarda olanda, futbolçular zədələnəndə və hakimlərlə söhbət edəndə matçın vaxtı dayandırılacaq: "Beləliklə, hər qarşılaşmanın müddəti sabitlənəcək və vaxt məsələsindəki ziddiyətdən xilas olacağıq".

Xəbər xətti


Digər xəbərlər