Eynulla Fətullayev: Mübariz Mənsimovun dilini kəsərik! - Video

TOPLUM bölməsi

12:44 - 5 May 2022

 Eynulla Fətullayev: Mübariz Mənsimovun dilini kəsərik! - Video

“Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun “Lotu Quli” ləqəbli, mərhum Nadir Səlifov haqqında dediklərinə jurnalist Eynulla Fətullayev sərt reaksiya verib.

Yenipress.az xəbər verir ki, Lotu Quli ilə fotosunu Feysbuk hesabında paylaşan E.Fətullayev yazıb:

“Qardaşımız Quli həyatda yoxdur, amma biz varıq və ayaqdayıq. Qardaşımıza dil uzadanın dilini kəsərik! M. Mənsimov həyatda ən böyük səhvini etdi”.

Xatırlaqdaq ki, M.Mənsimov 2018-ci ildə Lotu Qulinin ona telefonla zəng etdiyini bildirib.

“Zəng edib, Lotu Quli olduğunu dedi, bildirdi ki, onun dostları haqda mənfi şeylər danışmamasını istəyir. Mən soruşdum ki, kimdir onun dostu? Anar (Anar Əlizadə - SOCAR-ın xarici ölkələrdə, xüsusilə Türkiyədəki fəaliyyətindən qeyri-rəsmi məsul olan şəxs, mediada yayılan iddialara görə, R.Abdullayevin qohumu olan A.Əlizadə korrupsiya əməliyyatlarının başında durur və milyarderdir – red.) olduğunu söylədi. Mən isə leksikonumda olan bütün söyüşləri ona ünvanladım. Bundan sonra Lotu Quli anladığını dedi və təşəkkür edib sağollaşdı”, - M.Mənsimov Xural TV-yə geniş müsahibəsində deyib.

Əlavə edək ki, bu sözlərdən M.Mənsimovun Lotu Qulini deyil, Anar Əlizadəni söydüyü təsəvvürü yaranır.

Xəbər xətti