Deputat yeni baş bankirə müracit etdi: Faizləri, borcları silək!

İQTİSADİYYAT bölməsi

13:19 - 26 Aprel 2022

 Deputat yeni baş bankirə müracit etdi: Faizləri, borcları silək!

Bank borcları, faizləri bu gün əsas problemdir. Azərbaycanda elə ailə tapmaq olmaz ki, faizlər onları əzməsin.

Yenipress.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

Deputat bildirib ki, yoxsul ölkələrdə, o cümlədən Azərbaycanda da kredit faizləri yüksəkdir:

“Camaat qazandığının hamısını borca verir. Biz Mərkəzi Bankın İdarə Heyətinə yeni sədr təyin etdik. Ondan xahiş edirəm ki, biz kredit faizlərinə 5-6% limit qoyaq, faizləri, borcları silək. Xalqımızı əzən borc sistemi haqqında yeni rəhbərlik qərar qəbul etsin”.

Xəbər xətti