Motosikletçini döyən məmur həbs olundu - Yeniləndi

TOPLUM bölməsi

14:48 - 26 Aprel 2022

 Motosikletçini döyən məmur həbs olundu - Yeniləndi

12:24

Bakıda motosikletçini döyən "Leksus" markalı avtomobilin sürücüsü Sultan Dadaşov saxlanılıb.

Yenipress.az xəbər verir ki, bu barədə Qaynarinfo.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, S.Dadaşov məhkəmə qərarı ilə 25 sutka müddətinə həbs edilib.

***

Bakıda motosikletçini döyən "Leksus" markalı avtomobilin sürücüsünün saxlanılması və məhkəmə qərarı ilə 25 sutka müddətinə həbs edilməsi xəbəri doğru deyil.

Bu sözləri Axar.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev  bildirib.

N.Əliyev qeyd edib ki, yayılan məlumatlar rəsmi deyil.

***

Bakıda motosikletçini döyən "Leksus" markalı avtomobilin sürücüsü Sultan Dadaşovun 25 sutka həbs olunmasına dair məlumat təsdiqlənib.

Xəbər xətti