Ekspertdən nazirə: Neftin dünya qiymətini siz bahalaşdırmısınız?

İQTİSADİYYAT bölməsi

21:56 - 25 Aprel 2022

 Ekspertdən nazirə: Neftin dünya qiymətini siz bahalaşdırmısınız?

Manata olan basqıları yalnız və yalnız neftin qiymətinin yüksəlməsi aradan qaldırıb. Neftin qiyməti isə OPEC+ anlaşmasına, dünyadakı geosiyasi vəziyyətin qarışıq olmasına, Rusiyanın Ukraynaya təcavüzünə görə artıb.

Yenipress.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli iqtisadiyyat naziri Mikayıl Cabbarovun milli valyutanın məzənnəsinin aşağı düşməsi riskinin həyata keçirilən tədbirlərlə qarşısının alındığı barədə açıqlamasını şərh edərkən deyib.

“Neftin qiyməti indi 50 dollardan aşağı olsaydı, manata basqılar artacaqdı, devalvaiya təhlükəsi yaranacaqdı, yəni, başqa heç bir səbəb yoxdur”, - ekspert qeyd edib.

O, həmçinin bildirib ki, neftin qiymətinin artması “Azərbaycan hökumətinin atdığı addımların nəticəsi” deyil.

Qeyd edək ki, M.Cabbarov "Azərbaycanda son illər müxtəlif səbəblərə görə qarşımızda durmuş milli valyutanın məzənnəsi və dəyər zəncirinin aşağı düşməsi kimi risklər artıq mövcud deyil. Həyata keçirilən tədbirlər nəticəsində həmin risklərin Azərbaycan iqtisadiyyatına təsirilərinin qarşısı alınıb” fikrini bildirib.

Xəbər xətti