Azərbaycan futbolunda biabırçılıq: Fit çalmağa hakim tapılmadı, oyun təxirə düşdü - Video

İDMAN bölməsi

17:45 - 25 Aprel 2022

 Azərbaycan futbolunda biabırçılıq: Fit çalmağa hakim tapılmadı, oyun təxirə düşdü - Video

Bu gün 17 yaşlılardan ibarət futbol komandaları “Zirə” və “Şamaxı” arasında keçirilməli olan oyun baş tutmayıb.

Yenipress.az xəbər verir ki, hakimlər briqadası Bibiheybət qəsəbə stadionunda təşkili planlaşdırılan qarşılaşmaya gəlməyib. Hər iki komanda arenaya gəlsə də, saat 14:00-da məlum olub ki, fit sahibləri hakimlər otağında yoxdur.

AFFA ilə əlaqə saxlayan rəsmilərə Federasiyadan bildirilib ki, hakimlər yolda tıxaca düşüb və oyun 15:00-da başlayacaq. Lakin görüş göstərilən saatda da start götürməyib, çünki hakimlər briqadası yenə gəlib çıxmayıb. Daha sonra AFFA-dan klub funksionerlərinə etiraf ediblər ki, qarşılaşmaya təyinat verməyə hakim tapılmayıb və oyun aprelin 26-da keçiriləcək.

Xəbər xətti


Digər xəbərlər