Azərbaycan Rusiyadan aldığı qazın pulu rublla ödəməyə başladı

İQTİSADİYYAT bölməsi

09:48 - 25 Aprel 2022

 Azərbaycan Rusiyadan aldığı qazın pulu rublla ödəməyə başladı

Moskva Qərbin hərəkətlərindən yaranan riskləri azaltmaq üçün qabaqlayıcı tədbirlər görüb. Azərbaycan da daxil olmaqla, digər ölkələrlə milli valyutalarda hesablaşmalara daha fəal keçid edib.

Yenipress.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib.

O qeyd edib ki, ekspert hesablamalarına görə, Rusiya ilə Azərbaycan arasında bütün ticarətin təxminən 30%-i rublla həyata keçirilir və bütövlükdə Rusiya-Azərbaycan iqtisadi münasibətlərinin arxitekturası xarici neqativ amillərə o qədər də həssas deyil və qeyri-standart vəziyyətlərə tez uyğunlaşır.

Denis Qonçarın sözlərinə görə, Rusiya Federasiyası Azərbaycanın aparıcı iqtisadi tərəfdaşlarından biridir və Azərbaycan neft məhsullarının idxalçıları arasında birinci yerdədir.

Xəbər xətti