Bakıda polis əvvəl nişanlısını, sonra özünü öldürdü - Təfərrüat

KRİMİNAL bölməsi

17:37 - 22 Aprel 2022

 Bakıda polis əvvəl nişanlısını, sonra özünü öldürdü - Təfərrüat

13:55

Bakıda polis nişanlısını öldürüb, özü isə intihar edib.

Bu barədə Yenipress.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov məlumat verib.

O bildirib ki, bu gün günorta saatlarında paytaxtın Nərimanov rayonu ərazisindəki evlərin birində Xəzər Rayon Polis İdarəsinin əməkdaşı Tural Aslanov qısqanclıq zəminində nişanlısı Günay Cabbarovanı qətlə yetirdikdən sonra özü də intihar edib.

Faktla bağlı araşdırmalar aparılır.

***

Bakıda baş verən qətl və intihar odlu silahla törədilib.

Bu barədə Lent.az-a Günay Cabbarovanın qonşuları bildirib.

Məlum olub ki, hadisənin baş verdiyi Nərimanov rayonu Qarabağ küçəsi 26 ünvanında həmin vaxt silah səsi eşidilib. Həmin ünvanda Günay Cabbarova qalırmış. Bu ev də onun atasının evi olub.

Ehtimala görə, hadisəni törədən müstəntiq, polis mayoru Tural Aslanov əvvəlcə Günay Cabbarovanı vurub. Daha sonra o özünə də atəş açaraq, həyatına son qoyub.

Qonşuların bildirdiyinə görə, G.Cabbarova əvvəllər ailəli olub. 3-5 yaşlarında iki övladı var. Ata və anası xeyli müddətdir ki, dünyalarını dəyişiblər. Polis mayoru T.Aslanov isə subay idi.

Xəbər xətti