Özəl sektorda çalışanların maaşı niyə artmadı? - Video

İQTİSADİYYAT bölməsi

12:05 - 22 Aprel 2022

 Özəl sektorda çalışanların maaşı niyə artmadı? - Video

Dövlət sektorunda maaşların artırılmasından təxminən 3 ay keçsə də, özəl müəssisələrin bir çoxunda hələ də belə bir addım atılmayıb. Belə ki, cari ilin yanvar-fevral aylarından etibarən dövlət təşkilatlarında orta aylıq əmək haqqı 20 faizə yaxın artıb. Ancaq özəl sektorda çalışan bəzi vətəndaşlar davamlı bahalaşma fonunda maaşlarında dəyişiklik edilmədiyini deyirlər.

Yenipress.az xəbər verir ki, iqtisadçı ekspert Rəşad Həsənovun "Xəzər Xəbər"ə bildirdiyinə görə, bu il özəl müəssisələrdə əmək haqları ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artıb. Ancaq hazırkı inflyasiya fonunda bu rəqəm kifayət qədər azdır.

Millət vəkili Fazil Mustafanın fikrincə, problemin həlli üçün ilk olaraq özəl sektorun inkişafı istiqamətində müəyyən addımlar atılmalıdır.

Fazil Mustafa deyir ki, sadalanan məsələlərin həllini tapması həmin sektorda işləyənlərin də rifahına təsir edə bilər.

Xəbər xətti