Türkiyədə arvadını öldürən azərbaycanlı ilə bağlı şok faktlar - Foto/Video

KRİMİNAL bölməsi

11:54 - 22 Aprel 2022

 Türkiyədə arvadını öldürən azərbaycanlı ilə bağlı şok faktlar - Foto/Video

09:34

Türkiyədə Azərbaycan vətəndaşı Elvin Umayev həyat yoldaşı Turanə Umayevanı qətlə yetirib.

Yenipress.az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Hadisə ötən gün Trabzon şəhərinin Ortahisar rayonunda qeydə alınıb.

Tərəflər arasında mübahisə uşağın atasına göstərilməməsinə görə yaranıb. Nəticədə 34 yaşlı Elvin Umayev 38 yaşlı Turanə Umayevaya tapanaçadan bir neçə dəfə atəş açaraq onu qətlə yetirib.

10 il əvvəl həbs həyatı yaşayan E.Umayev 4 ay əvvəl azadlığa çıxmışdı. O, qətli törətdikdən sonra polisə könüllü təslim olub.

Qətl hadisəsi ətrafda olan təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.

***

Türkiyədə həyat yoldaşını qətlə yetirən 1988-ci il təvəllüdlü Elvin Əli oğlu Umayev Azərbaycanda narkotik tərkibli bitkiləri əkib becərdiyi üçün ailə üzvləri ilə birgə saxlanılıbmış.

Balakən rayonunun Gərəkli kənd sakini olan Elvin atası - 1962-ci il təvəllüdlü Əli Ramazan oğlu Umayev və onun qızı - 1985-ci il təvəllüdlü Pirdas Əli qızı Umayevadan qabaqcadan əlbir olaraq bir qrup şəxs qismində birləşib Qax rayon Qorağan kəndində yerləşən meşə sahəsində aqrotexniki qaydada qulluq etmişdi.

Onlardan yetişdirdikləri 49 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilirək götürülmüşdü.

Məlum olmuşdu ki, Elvin Umayev 2017-ci ildə həmin ərazidə çətənə kollarını əkib. Bu müddət ərzində atası ilə birgə meşəyə gələrək çətənə kollarına qulluq edib. Daha sonra Elvin atası ilə yanaşı, bacısı Pirdası da onlara kömək məqsədi ilə Qaxa gətirib.

Xəbər xətti