Pulların üzərində niyə hələ də Milli Bank yazılır?

İQTİSADİYYAT bölməsi

08:56 - 22 Aprel 2022

 Pulların üzərində niyə hələ də Milli Bank yazılır?

Sosial şəbəkələrdə 100 manatlıq əsginazların üzərində həm “Milli Bank”, həm də “Mərkəzi Bank” qeydlərinin olması ilə bağlı suallar meydana çıxıb.

Yenipress.az xəbər verir ki, Mərkəzi Bankdan Axar.az-a bildirilib ki, üzərinə Milli Bank yazılan əsginazlar 2009-cu ilə qədər tədavülə buraxılanlardır:

“2009-cu ildən etibarən Milli Bankın adı Mərkəzi Bank olaraq dəyişdirildi. Buna görə də 2009-cu ilə qədər tədavülə buraxılan əsginazlarda Milli Bank, 2009-cu ildən sonra buraxılanlarda Mərkəzi Bank qeyd olunur”.

Xəbər xətti