AZAL büdcəni və vətəndaşları belə soyur

İQTİSADİYYAT bölməsi

12:46 - 21 Aprel 2022

 AZAL büdcəni və vətəndaşları belə soyur

İqtisadçı ekspert Natiq Cəfərli dünyada məşhur olan “Deloitte” audit şirkətinin AZAL-da apardığı yoxlamaların nəticələri ilə bağlı paylaşım edib.

Yenipress.az ekspertin bu barədə soaial şəbəkədə etdiyi paylaşımını təqdim edir:

Nəticələrə görə:

1) AZAL-ın məcmu zərəri 2018 ci ildə 151 mln 320 min manat, 2019-cu il üzrə 78 mln. 770 min, 2020-ci ildə 76 mln. 415 min manat olub,

2) 2021-ci il üçün məlumatlar hələ ki, yoxdur, amma AZAL həm də büdcədən ən çox dotasiya alan şirkətlətrdən biridir – 2019-2021-ci illər ərzində şirkət büdcədən ümumilikdə 215 mln. manat dotasiya alıb.

AZAL ölkədə inhisarçıdır, həm uçuşlara, həm də yerüstü xidmətlərə nəzarət edir, ölkəyə xarici şirkətlərin birbaşa daxil olmasına mane olur, regionda ən baha qiymətə bilet satır, yerüstü xidmətləri bahadır, büdcədən dotasiya, təyyarələri də büdcə hesabına alır – amma ziyanla, zərərlə işləyir. Prezidentdən tutun da sadə vətəndaşlara qədər hamı AZAL-dan şikayət edir, amma heç nə dəyişmir. Hətta Avropa Birliyi ilə yeni əməkdaşlıq sazişinin imzalanmasının uzanmasının da əsas səbəbkarlarından biri də AZAL-dır – bazarı əlindən buraxmaq istəmir.

Ümid edək ki, Hesablama Palatasının başladığı yoxlamalar AZAL-ın idarəetməsinin, bu sahəyə münasibətin dəyişməsi ilə nəticələnəcək, yoxsa insanda sual yaranır ki, nədən hamının şikayətçi olduğu AZAL heç kimi və heç nəyi vecinə almadan həm büdcəni, həm də vətəndaşların cibini “sağmaqda” davam edir?!

Xəbər xətti