Ağstafada ev sahibi və oğru bir-birini baltaladı

KRİMİNAL bölməsi

10:14 - 21 Aprel 2022

 Ağstafada ev sahibi və oğru bir-birini baltaladı

Ağstafada oğurluq etmək üçün evə girən şəxs baltalanıb.

Yenipress.az Report-a istinadən xəbər verir ki, rayonun Köçəsgər kənd sakini, 1973-cü il təvəllüdlü S.Ələkbərovla evinə oğurluğa girən 2003-cü il təvəllüdlü K.Əlləzov arasında mübahisə yaranıb. Mübahisə zəmnində ev sahibi ilə oğurluğa girən şəxs bir-birini baltalayıblar. Hər ikisi xəstəxanaya yerləşdirilib.

Ev sahibi S.Ələkbərovun vəziyyəti ağır, evə oğurluğa girən şəxsin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti