Gəncədə məktəbli qız sinif yoldaşının boğazını kəsdi

KRİMİNAL bölməsi

13:12 - 19 Aprel 2022

 Gəncədə məktəbli qız sinif yoldaşının boğazını kəsdi

12:48

Gəncədə məktəbli sinif yoldaşına xəsarət yetirib.

Yenipress.az APA-ya istinadən xəbər verir ki, hadisə çəhərdəki Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbdə qeydə alınıb.

İlkin məlumata görə, 9-cu sinif şagirdi olan qız digər məktəbli yoldaşının boğaz nahiyəsinə kəsici alətlə xəsarət yetirib.

Xəsarət alan məktəbli xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.

***

 

Polis Gəncədə məktəblinin sinif yoldaşına xəsarət yetirməsi ilə bağlı araşdırma aparır.

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, idarəyə şəhər ərazisində olan məktəblərdən birinin 9-cu sinif şagirdi olan qızın müxtəlif bıçaq xəsarətləri alması və xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar. Araşdırmalar zamanı məktəbliyə xəsarəti onun sinif yoldaşı olan digər qız şagirdin yetirildiyi məlum olub.

 

Hazırda Gəncə şəhər Baş Polis İdarəsində faktla bağlı araşdırma aparılır, araşdırmalardan sonra məsələyə hüquqi qiymət veriləcək.

Xəbər xətti