İqtisadçı dəqiq rəqəmləri açıqladı: Hökumət buna cavab verməlidir!

İQTİSADİYYAT bölməsi

15:24 - 18 Aprel 2022

 İqtisadçı dəqiq rəqəmləri açıqladı: Hökumət buna cavab verməlidir!

Hökumətə çox ciddi sualım var.

Bu ilin ilk 3 ayı ilə bağlı idxal-ixrac əməliyyatları ilə bağlı rəsmi rəqəmlər açıqlanıb: Bu ilin ilk rübündə ölkədən 7 mlrd. 980 mln. dollarlıq ixrac əməliyyatı olub - yanvar ayında 3 mlrd. 086 mln. dollarlıq, fevralda 2 mlrd. 880 mln. dollarlıq, martda 2 mlrd. 13 mln. dollarlıq.

Ölkədən ixracın 90% xam neft, neft məhsulları və təbii qazdır. "Brent" markalı neftin ortalama qiyməti yanvar ayında 91,21 dollar, fevralda 100,99 dollar, martda isə 107,91 dollar olub – yəni, yanvar ayına nisbətən mart ayının orta qiyməti 16,7 dollar baha olub. Ölkənin mart ayında yanvara nisbətən qaz ixracatı da artıb.

Sual: Əgər neftin qiyməti yüksək olubsa, qaz ixracatı da artıbsa, hətta hökumət qeyri-neft sektorunda da ciddi artım olduğunu söyləyirsə, necə ola bilər ki, yanvar ayına nisbətən mart ayında ixracatımız 956 mln., az qala 1 mlrd. dollar azalıb, səbəblər nədir?

Natiq Cəfərli

Xəbər xətti