Sumqayıtda dəhşət: qadın anasına 6 bıçaq zərbəsi vurdu

KRİMİNAL bölməsi

09:31 - 18 Aprel 2022

 Sumqayıtda dəhşət: qadın anasına 6 bıçaq zərbəsi vurdu

Sumqayıtda qadın anasını bıçaqlayıb.

Yenipress.az APA-ya istinadən xəbər verir ki, şəhər sakini 1986-cı il təvəllüdlü Günel Əliyeva onunla yaşayan anası, 1957-ci il təvəllüdü Zemfira Əliyevaya 6 bıçaq zərbəsi vurub.

Zemfira Əliyeva xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub. Günel Əliyeva hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işi başlanılıb.

Xəbər xətti