Bakıda 15 yaşlı oğlan mağazadan 11 min manat oğurladı - Anbaan video

KRİMİNAL bölməsi

14:42 - 16 Aprel 2022

 Bakıda 15 yaşlı oğlan mağazadan 11 min manat oğurladı - Anbaan video

Bakıda Memar Əcəmi metrosunun yaxınlığında yerləşən mağazadan oğurluq edilib.

Yenipress.az xəbər verir ki, hadisə aprelin 14-ü saat 6 radələrində baş verib.

Satıcı oğurluğun Sənan adlı 15 yaşlı Bərdə sakini tərəfindən törədildiyini bildirib:

“Oğurluq müşahidə kameralarına düşüb. O, mağazadan 11 min manatı oğurladıqdan sonra ərazidən uzaqlaşıb. Atasının Emin adlı şəxs olduğunu öyrənmişik. Hadisə ilə bağlı polisə məlumat verilib. Axtarışlar davam edir”.

Müşahidə kameraları tərəfindən lentə görüntüləri təqdim edirik:

Xəbər xətti