Gündə 6 saatdan az yatmaq və yuxusuz qalmaq bu xəstəliyi yaradır

SAĞLIQ bölməsi

14:15 - 11 Aprel 2022

 Gündə 6 saatdan az yatmaq və yuxusuz qalmaq bu xəstəliyi yaradır

Sutkada 6 saatdan, həftəyə 40 saatdan az yuxu yatmaq şəkərli duabet xəstəliyini təkanlayır.

Yuxusuzluq diabet riski yaradır. Xəstələrdə yuxusuzluğun müalicəsi aparılsa, diabet riski aradan qalxar, hətta şəkər sağalar.

Yenipress.az Bakupost.az-a istinadən xəbər verir ki, bu qənaətə Harvard Universitetinin alimlər qrupu gəlib.

Onlar 383 min Avrpopalının yuxu göstəricilərini toplayıb analiz ediblər. Bura 5 kriteriya daxil idi: çətin yuxuya getmək, gecəyarı ayılmaq, yuxusuzluq, gündüz yuxusu, gecə yuxusu, həftəlik norma.

Analizlər göstərib ki, gecə çətinliklə yuxuya gedənlərdə, yuxusuzluqdan əziyyət çəkənlərdə, hər gün səbəbsiz olaraq gecəyarı yuxudan oyananlarda qanda şəkərin səviyyəsi artıb.

Asan yuxuya gedənlərdə, gecəboyu oyanmayanlarda, səhər vaxtında oyananlarda şəkərlə bağlı yüksəlmə qeydə alınmayıb.

Alimlər hesab edir ki, yuxuya gedə bilməyənlərin gələcəkdə şəkər xəstəsi olmalarının qarşısını almaq üçün yuxu keyfiyyətini yaxşılaşdıran dərmanlar təyin edilməlidir.

Yuxu terapiyası qanda şəkəri effektiv salır.

Xəbər xətti