Ronaldo azarkeşdən üzr istəyərək, onu oyuna dəvət etdi

İDMAN bölməsi

10:44 - 10 Aprel 2022

 Ronaldo azarkeşdən üzr istəyərək, onu oyuna dəvət etdi

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kristiano Ronaldo "Everton"la Premyer Liqa matçından sonra sındırdığı telefona görə azarkeşdən üzr istəyib.

Yenipress.az xəbər verir ki, bu barədə 37 yaşlı hücumçu İnstaqramda yazıb.

"Qırmızı şeytanlar"ın 0:1 hesabı ilə yenildiyi səfər qarşılaşmasının ardından Ronaldo paltardəyişmə otağına yollandığı vaxt azarkeşin əlindən vuraraq, telefonunu yerə salıb. Portuqaliyalı forvard belə anlarda emosiyalara hakim olmağın heç də həmişə asan olmadığını bildirib:

"Bununla belə, biz hər zaman hörmət, dözüm nümayiş etdirməli, gözəl oyunumuzu sevən gənclərə nümunə olmalıyıq. Çılğınlığıma görə üzr istəyir, ədalət və idman prinsiplərinə sədaqət əlaməti olaraq, mümkündürsə, həmin azarkeşi "Old Trafford" stadionundakı oyunumuza baxmağa dəvət edirəm".

Xəbər xətti


Digər xəbərlər