Bakıda küçədə kişi arvadını və özünü güllələyərək öldürdü

KRİMİNAL bölməsi

13:38 - 6 Aprel 2022

 Bakıda küçədə kişi arvadını və özünü güllələyərək öldürdü

Bakıda küçədə kişi arvadını və özünü güllələyərək öldürüb.

Bu barədə Yenipress.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, paytaxt sakini, Rasim Xəlilov özünə məxsus qanuni ov tüfəngi ilə küçədə əvvəl həyat yoldaşı Misri Xəlilovanı güllələyərək qətlə yetirib. Daha sonra o, həmin silahla özünü vuraraq öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər xətti