Naxçıvanda məktəbin çökməsi ilə bağlı rəsmi məlumat yayıldı: ölənlərin sayı...

TOPLUM bölməsi

15:42 - 31 Mart 2022

 Naxçıvanda məktəbin çökməsi ilə bağlı rəsmi məlumat yayıldı: ölənlərin sayı...

13:35

Naxçıvan MR Babək rayon Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbədə aparılan inşaat əsnasında tikilməkdə olan məktəb binası çöküb.

Yenipress.az xəbər verir ki, bu barədə Qazet.az-a hadisə şahidləri məlumat verib.

20-dən artıq insanın öldüyü və çoxlu sayda yaralıların olduğu bildirilir.

***

Naxçıvan MR Fövqəladə Hallar Nazirliyindən Axar.az-a bildirilib ki, Naxçıvanın Nehrəm qəsəbəsində 3 saylı məktəbin təmir zamanı çökməsi və ölənlərlə bağlı yayılan məlumat araşdırılır.

***

Naxçıvan Daxili İşlər Nazirliyindən hadisənin baş verdiyi təsdiqlənib. Bildirilib ki, nəticədə ölənlər yox, yaralananlar var.

***

Aldığmız son məlumatlara görə, dağıntılar altında 10 nəfər qalıb. Onlardan 4-nün meyiti çıxarılıb.

***

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyindən Babək rayonunun Nehrəm qəsəbəsində məktəb binasının çökməsi ilə əlaqədar məlumat yayıb.

Məlumatda deyilir:

"Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdə 2022-ci il martın 1-dən etibarən yenidənqurma işləri həyata keçirilir. 2022 - ci il 31 mart tarxində Nehrəm qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdə tikinti işləri aparılarkən binanın bir divarınınçökməsi nəticəsində 3 tikinti işçisi həlak olmuş, bir nəfər isə xəsarət almışdır.

Aidiyyəti qurumlar tərəfindən hadisənin səbəbləri barədə araşdırma aparılır”.

Xəbər xətti


Digər xəbərlər