Azərbaycan ordusunun Fərrux kəndini (Xocalı rayonu) nəzarətə götürməsindən sonra panika yaşayan ermənilər “könüllülərin gəlişi” yalanına yenidən aludə olublar.
Yenipress.az xəbər verir ki, fotorepartyor olduğunu bildirən David Qəhrəmanyan adlı erməni Pirlər kəndinin “özünümüdafiəyə” hazırlaşdığı haqda məlumat yayıb.
O deyib ki, Xankəndidən də “könüllülər” kəndə doğru gəlir.
Xatırladaq ki, bu cür “könüllülərin” aqibətini 44 günlük savaşdan yaxşı bilirik.