Azərbaycan anti-terror əməliyyatına başlasa, Qərbin reaksiyası necə olacaq?

GÜNDƏM bölməsi

23:42 - 24 Mart 2022

 Azərbaycan anti-terror əməliyyatına başlasa, Qərbin reaksiyası necə olacaq?

Azərbaycan ordusu Qarabağda erməni separatçılarına qarşı anti-terror əməliyyatına başlayarsa, Qərbin reaksiyasi necə olacaq, bizə təzyiq edərlərmi?

ABŞ və Avropa İttifaqı Ukraynadakı işğalçı müharibəyə görə Rusiyaya qarşı sərt sanksiyalar həyata keçirir. Qarabağda isə erməni separatçılarını qoruyan və bəsləyən məhz rusiyalı hərbçilərdir.

İndi ordumuz Qarabağda mövqelərini irəli çəkərsə, Qərbin Rusiya ordusunun nəzarətində olan erməni separatçılarına dəstəyi Rusiyaya qarşı sanksiya fonunda ziddiyət təşkil edəcək. Digər tərəfdən Rusiya qazından asılılığını azaltmağa çalışan Avropa İttifaqı Azərbaycandan qaz nəqlini artırmağa çalışarkən Qarabağda hədəflərimizdə çatmaqda bizə mane olmayacaq. Heç İkinci Qarabağ müharibəsində də bizə mane olmadılar, bəziləri ermənilərin xeyrinə bir neçə açıqlama verdi, bununla da işini bitmiş hesab etdi.

Xəbər xətti