Azərbaycan ordusu Qarabağda bu istiqamətdə irəliləyir – Şarmazanov

GÜNDƏM bölməsi

20:48 - 24 Mart 2022

 Azərbaycan ordusu Qarabağda bu istiqamətdə irəliləyir – Şarmazanov

Qarabağdan aldığım məlumata görə, Azərbaycan ordusu Əsgərən istiqamətində hücuma keçib, Fərrux kəndinə (Xocalı rayonunda yerləşir, Pirlər kənd inzibati ərazisinə daxildir) çıxıb və Karaqluxu (? - red.) istiqamətində irəliləyir.

Yenipress.az xəbər verir ki, bu barədə Ermənistanın Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, bundan öncə Qarabağda rus sülhməramlıların arxasında gizlənərək separatçı fəaliyyətini davam etdirən ermənilər bu gün saat 16:00-da Azərbaycan ordusunun Fərrux istiqamətində “təmas xəttini” keçdiyini iddia etmişdilər. Separatçı-terrorçular hazırda rus sülhməramlılarının danışıqlarla Azərbaycan ordusunu əvvəlki mövqeyinə çəkilməyə razılaşdırmağa çalışdığını qeyd edib.

Azərbaycan Müdafiə Nazirliyi isə yayılan bütün informasiyaları təkzib edərək, Qarabağda heç nə baş vermədiyi, ordumuzun bölmələrinin dislokasiya yerinin dəqiqləşməsinin aparıldığını elan edib və ermənilərə inanmamağa çağırıb.

Xəbər xətti