Moskva birjası fəaliyyətini bərpa edir

İQTİSADİYYAT bölməsi

11:16 - 24 Mart 2022

 Moskva birjası fəaliyyətini bərpa edir

Bu gün Moskva birjasında fevralın 28-dən bəri ilk dəfə səhmlərlə ticarət həyata keçiriləcək.

Yenipress.az Report-a istinadən xəbər verir ki, birjada IMOEX indeksinə daxil olan 33 səhm ticarət ediləcək. Əməliyyatlar Moskva vaxtı ilə saat 9:50-dən 14:00-a qədər aparılacaq, ticarət zamanı qısamüddətli satışlara icazə verilməyəcək.

Birjanın iş rejimi ilə bağlı digər təfərrüatlar hələlik məlum deyil.

Xatırladaq ki, Moskva birjası qərb ölkələrinin Rusiyaya qarşı iqtisadi sanksiyaları və Rusiya rublunun ucuzlaşması fonunda fəaliyyətini dayandırmışdı.

Xəbər xətti