14 milyard sərvəti olan Fridman aylıq 2500 funtun ümidinə qaldı

GÜNDƏM bölməsi

00:27 - 19 Mart 2022

 14 milyard sərvəti olan Fridman aylıq 2500 funtun ümidinə qaldı

Rus oliqarx Mixail Fridmanın müharibədən əvvəl təxminən 14 milyard dollar sərvəti olub. Hazırda onun kağız üzərində 10 milyard dollar sərvəti var. Martın 15-də Böyük Britaniyanın ardınca Aİ Fridmana sanksiya tətbiq etdikdə, onun İngiltərədəki son işləyən bank kartı dondurulub. Bundan sonra Fridmanın çıxışı olduğu vəsaitin aylıq məbləği 2500 funt sterlinqi keçmir.

Yenipress.az xəbər verir ki, bu sözləri “Blumberq”ə istinadla iqtisadçı ekspert Qubad İbadoğlu paylaşıb.

Xəbər xətti