Elxan Məmmədov bu vəzifəsindən azad olundu

İDMAN bölməsi

11:43 - 17 Mart 2022

 Elxan Məmmədov bu vəzifəsindən azad olundu

AFFA-nın baş katibi dəyişib.

Yenipress.az xəbər verir ki, bu barədə qurumun İcraiyyə Komitəsinin videokonfrans formatında keçirilən iclasında qərar qəbul olunub.

Avro-2020-nin başa çatması, həmçinin müvafiq hüquqi prosedurlar nəzərə alınaraq, baş katibin müavini Sərxan Hacıyevə AFFA-nın baş katibi vəzifəsi həvalə olunub.

O, bu postda Elxan Məmmədovu əvəzləyib.

Qeyd edək ki, 2007-ci ildən AFFA-da baş katib vəzifəsini tutan E.Məmmədov bundan sonra yalnız icraçı vitse-prezident kimi fəaliyyət göstərəcək.

Xəbər xətti