Polşa, Çexiya və Sloveniya baş nazirləri Kiyevə gəlib. Bu, müharibə başladıqdan sonra xarici ölkələrdən Ukraynaya ilk yüksək səviyyəli səfərdir.
Yenipress.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli qeyd edib.
O bildirib ki, faktın siyasi və psixoloji əhəmiyyəti ilə yanaşı, təhlükəsizlik baxımından da önəmi var:
“Şübhəsiz ki, hökumət başçıları NATO-dan qarantiya almasalar, belə bir addıma getməzdilər. İlk səfərdən sonra bu tip səfərlərin arxasının gələcəyini və Kiyev səmasının de-fakto “no fly zone” (uçuşa bağlı zona) olacağını düşünürəm. NATO ölkələrinin Polşa sərhədindən Ukraynaya yola saldıqları hərbi yardımların marşrutu da faktiki olaraq təhlükəsizlik koridorudur. Sonrakı mərhələdə Kiyevin və Ukraynanın qərbinin uçuşa yasaq bölgə elan olunması heç də fantastik ehtimal kimi görünmür.
Xatırlatmaq yerinə düşər ki, Gürcüstanda 2008-ci ilin avqust müharibəsi zamanı Polşa prezidenti Kaçinski, Ukrayna prezidenti Yuşşenko, Estoniya prezidenti İlves və Latviya baş naziri Qodmanisin Gəncə üzərindən Tiflisə gedərək oradakı mitinqdə iştirakları proseslərə təsiri olan önəmli hadisəyə çevrilmişdi”.