AŞPA-nın fraksiyalarında dünən keçirilən onlayn müzakirələrə ReAL İdarə Heyətinin üzvü, deputat Erkin Qədirli də qatılıb.
Yenipress.az xəbər verir ki, E.Qədirli AŞPA-nın fraksiyalarından birinin üzvü kimi Rusiyanın AŞ-dan çıxarılmasının hüquqi və siyasi əsasları ilə bağlı çıxış edib.
Bu barədə məlumat yayan ReAL İH üzvü Natiq Cəfərli qeyd edib ki, Avropa Şurası Nazirlər Komitəsi sabahkı toplantısında onsuz da Rusiyanı qurumdan xaric edəcəkdi. Rusiya isə bu gün qərar verməklə, guya özü çıxdığını göstərmək istədi.
Qeyd edək ki, Rusiya bu gün AŞ-dən çıxmaq barədə qərar qəbul edib.