Lavrovla danışdım, yaxın günlərdə yaxşı xəbərlər gözləyirik - Çavuşoğlu

DÜNYA bölməsi

13:55 - 15 Mart 2022

 Lavrovla danışdım,  yaxın günlərdə yaxşı xəbərlər gözləyirik - Çavuşoğlu

Ukraynada olan Türkiyə vətəndaşlarının təxliyəsi davam edir.

Yenipress.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Ahıska türkləri, Krım tatarları və digərlərinin təxliyəsi davam edir. Azərbaycanlı qardaşlarımızın təxliyəsi ilə bağlı da əvvəldən məlumat vermişdik. Dünən gecə rusiyalı həmkarım Sergey Lavrovla danışdım. Yaxın günlərdə yaxşı xəbərlər gözləyirik”, - o deyib.

Xəbər xətti


Digər xəbərlər