Kiyevdə 2 sutkalıq komendant rejimi tətbiq olunacaq

DÜNYA bölməsi

13:53 - 15 Mart 2022

 Kiyevdə 2 sutkalıq komendant rejimi tətbiq olunacaq

Kiyevdə martın 15-i yerli vaxtla saat 20.00-dan martın 17-si saat 7.00-dək komendant rejimi tətbiq olunacaq.

Yenipress.az xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko məlumat verib.

Bildirilib ki, komendant rejimi ərzində şəhərdə xüsusi buraxılışı olmadan hərəkət etmək qadağandır.

“Kiyevlilər iki sutka evdə otursun, həyəcan siqnalı veriləndə isə hamının sığınacağa getməsini xahiş edirəm”, - V.Kliçko vurğulayıb.

Xəbər xətti


Digər xəbərlər