Kiyevdə daha bir yaşayış binasına mərmi düşdü

DÜNYA bölməsi

11:04 - 15 Mart 2022

 Kiyevdə daha bir yaşayış binasına mərmi düşdü

Kiyevdə Rusiya ordusunun atəşə tutması nəticəsində daha bir çoxmərtəbəli yaşayış binası dağıdılıb.

Yenipress.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində binanın 1-ci mərtəbəsindən 5-ci mərtəbəsinə qədər yanğın baş verib. Yerli vaxtla saat 06:46-da yanğın lokallaşdırılıb.

İlkin məlumatlara görə, bir nəfər xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, Kiyevdə dünən də yaşayış binası artilleriya atəşinə tutulmuşdu.

Xəbər xətti


Digər xəbərlər