Çernobıl AES elektrik təchizatını bərpa etdi

DÜNYA bölməsi

09:38 - 15 Mart 2022

 Çernobıl AES elektrik təchizatını bərpa etdi

Ukraynanın Çernobıl Atom Elektrik Stansiyası elektrik təchizatını bərpa edib.

Yenipress.az Report-a istinadən xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tviter səhifəsində bildirib.

Məlumata görə, Rusiya hərbçilərinin əməliyyatı nəticəsində AES-in elektrik təchizatı xətti zədələnmişdi:

“AEBA-nın Ukraynadakı nümayəndəliyi Çernobıl AES-in xarici elektrik təchizatını bərpa etdiyini bildirib”.

Qeyd edək ki, martın 9-da Rusiya hərbçilərinin hücumu nəticəsində stansiyanın elektrik enerjisi təchizatı ötürməsi dayanmışdı. Həmin gün Ukrayna tərəfi stansiyanın fəaliyyətini 48 saata bərpa edəcəklərini bəyan etmişdi.

Martın 13-də AES-in elektrik təchizatı bərpa olunsa da, növbəti gün Rusiya hərbçiləri onu yenidən zədələmişdi.

Xəbər xətti


Digər xəbərlər