Zelenski xalqa müraciət etdi: Dövləti qoruyun!

DÜNYA bölməsi

17:54 - 14 Mart 2022

 Zelenski xalqa müraciət etdi: Dövləti qoruyun!

Bir-birinizə yardım edin! Bir-birinizi dəstəkləyin! Müdafiədə durun!

Yenipress.az Report-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski martın 14-də videomüraciətində bildirib.

“Rusiya şəhərlərimizə zərbə endirməklə infrastrukturu dağıtmaqda davam edir. Ancaq biz hər şəhərin küçəsini, hər ukraynalının evini, mənzilini bərpa edəcəyik. Torpaqlarımızda hələ ki işğalçı var, indi biz onu bacardığımız kimi vurmalıyıq. Şəhəri, kəndi, torpağımızın hər qarışını, ürəyimizin hər parçasını müdafiə etməliyik. Ukraynalı ürəyini, ukraynalı ruhunu müdafiə etməliyik! Bir-birinizə yardım edin! Bir-birinizi dəstəkləyin! Müdafiədə durun! Dövləti qoruyun! ”Biz birlikdə qalib gələcəyik!”, - deyə o vurğulayıb.

Zelenski Rusiyanın bu müharibəyə onillər ərzində hazırlıq gördüyünü dilə gətirib:

“Onlar mənfur məqsəd üçün, qonşuları diz çökdürmək üçün xeyli hərbi ehtiyat toplayıblar. Bunu Ukraynanı, Avropanı yox etmək naminə ediblər".

Xəbər xətti


Digər xəbərlər