Müharibənin başa çatacağı dəqiq tarix... - Peksov

DÜNYA bölməsi

15:52 - 14 Mart 2022

 Müharibənin başa çatacağı dəqiq tarix... - Peksov

Rusiyanın Ukraynadakı hərbi əməliyyatları plan üzrə davam edir.

Yenipress.az xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

O, əməliyyatların nə vaxt başa çatacağı barədə dəqiq tarixi açıqlamayıb:

“Əməliyyatlar vaxtında və tamamlanandan sonra başa çatacaq”.

D.Peskov həmçinin bildirib ki, Ukraynanın bütün iri şəhərlərinin tam nəzarətə alınması mümkündür:

“Biz mülki əhalinin təhlükəsizliyini mümkün qədər təmin etməyə çalışırıq. Eyni zamanda mühasirəyə alınmış bütün böyük şəhərlərin tamamilə nəzarətə götürülməsi istisna deyil”.

Xəbər xətti


Digər xəbərlər