"Çelsi"nin satışına qadağa qoyuldu

İDMAN bölməsi

13:55 - 10 Mart 2022

Rusiya iş adamı Roman Abramoviçə İngiltərənin "Çelsi" klubunu satması hələlik qadağan olunub.

Yenipress.az Report-a istinadən xəbər verir ki, bu, 56 yaşlı funksionerin sanksiyalara məruz qalması ilə əlaqədardır.

London təmsilçisi xüsusi lisenziya ilə işləyə biləcək. "Zadəganlar"a bilet satışına da icazə verilməyəcək. Komandanın oyunlarına yalnız abunəsi olan şəxslər gələ bilərlər.

Bundan əlavə, Abramoviçin Böyük Britaniyanın "qara siyahı"sına salındığı da bildirilib.

Qeyd edək ki, Roman Abramoviç fevralın 26-da klubun idarəçiliyini "Çelsi" Xeyriyyə Fonduna verib. O, martın 2-də klubu satmaq istədiyini açıqlayıb. Rusiyalı iş adamı satışdan 4 milyard funt sterlinq (4,84 milyard avro) əldə etmək istəyib.

Xəbər xətti