İran məhkəməsi İsrailə görə media orqanına cinayət işi açdı

DÜNYA bölməsi

17:30 - 15 Aprel 2024

 İran məhkəməsi İsrailə görə media orqanına cinayət işi açdı

Tehran məhkəməsi İranın İsrailə hücumunu proqnozlaşdıran yazı dərc etdiyinə görə “Etimad” qəzetinə cinayət işi açıb.

Yenipress.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

İranda islahatçı siyasi cərəyana yaxınlığı ilə tanınan qəzet "cəmiyyətin psixi təhlükəsizliyini pozmaq”da günahlandırılıb.

İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) keçmiş əməkdaşı, məşhur jurnalist və şərhçi Abbas Əbdiyə qarşı da eyni ittiham irəli sürülb.

Qeyd edək ki, SEPAH media və sosial şəbəkədə İranın İsrailə hücumunu hakimiyyətin mövqeyindən fərqli şərh edən şəxslərə qarşı cəza tədbirləri görəcəyini bildirib.

Xəbər xətti