Qriqoryan: İranla yüksək səviyyəli anlaşmamız var

SİYASƏT bölməsi

11:30 - 5 Aprel 2024

 Qriqoryan: İranla yüksək səviyyəli anlaşmamız var

Brüsseldə keçiriləcək üçtərəfli görüşdə gündəmdə iqtisadi məsələlər olacaq. Həm də bu, Paşinyan-Leyen arasında Qranada görüşünün davamıdır. İclasda regional və təhlükəsizlik deyil, yeni sistem xarakterli məsələlər müzakirə olunacaq. AB və ABŞ ilə münasibətlərimiz dəyişir. Ermənistan müstəqilliyimizin, ərazi bütövlüyümüzün, suverenliyimizin və demokratiyamızın möhkəmlənməsinə töhfə verən ölkələrlə işləyəcək. Bu iş heç bir başqa ölkəyə qarşı yönəlməyib.

Yenipress.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Üçtərəfli görüş ətrafında reallıqla heç bir əlaqəsi olmayan yalançı povestlər yaradılır. Zaxarovanın “regionda eskalasiya yalnız Qərbin nə qədər dağıdıcı olmasından asılıdır” kimi bəyanatlarından belə çıxır ki, Ermənistan-Azərbaycan münasibətlərinin gərginləşməsi Azərbaycandan yox, Rusiyadan asılıdır. Bizim İranla yüksək səviyyəli qarşılıqlı anlaşmamız var və strateji əlaqələrimizi yüksək qiymətləndiririk. Ermənistan sanksiyalara əməl edir, lakin İranla işləyirik və çox mühüm məsələlərdə Tehranın mövqeyini yüksək qiymətləndiririk. İranla strateji maraqların üst-üstə düşməsi bir çox hallarda təbiidir və hakimiyyətdə kimin olması ilə heç bir əlaqəsi yoxdur. Fransa Ermənistanın təhlükəsizlik məsələlərinə çox həssasdır. Fransız silahlarının guya aşağı keyfiyyəti ilə bağlı yayılan şayiələr yalandır”, - o bildirib.

Xəbər xətti