Putin xərçəngə tutulub – Sensasion iddia

DÜNYA bölməsi

14:28 - 6 Mart 2022

 Putin xərçəngə tutulub – Sensasion iddia

Rusiya Prezidenti Vladimir Putin ölümcül bağırsaq xərçənginə tutulub.

Yenipress.az xəbər verir ki, bu iddia Böyük Britaniyanın "Daily Star" qəzetində dərc olunub.

Qəzet mənbəyinin ABŞ kəşfiyyatı olduğunu açıqlayıb.

Məqalədə Pentaqonun keçmiş hərbi kəşfiyyat rəsmisi bildirib ki, analitiklər 69 yaşlı Putinin ağır xəstə olduğunu diqqətlə araşdırıblar.

O, həmçinin deyib ki, Rusiya liderinin üzünün davamlı olaraq şişkin və ifadəsiz olması kimyəvi terapiya dərmanlarına və qəbul etdiyi steroidlərə görədir. Kəşfiyyatçının iddiasına görə, Putinin üzündəki əsəbi ifadə onun daimi ağrılar keçirdiyinin göstəricisidir.

Sözügedən mənbə Ukraynaya qarşı işğal əməliyyatını da Putinin xəstəliyi ilə əlaqələndirib. Bildirib ki, xəstəlik Putini daha da aqressivləşdirib. O, arxasında tarixi bir iz qoyub getmək istəyir.

Aytəkin Qardaşova

Xəbər xətti