ABŞ İranı Rusiyaya görə hədələdi

DÜNYA bölməsi

12:02 - 1 Mart 2024

 ABŞ İranı Rusiyaya görə hədələdi

ABŞ Dövlət Departamenti İranı Rusiya Federasiyasına ballistik raket satdığına görə sərt cavabla hədələyib.

Yenipress.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat yayıb.

“Tehran Rusiyaya ballistik raketlər satarsa, ABŞ və müttəfiqləri sərt addımlar atmaq niyyətindədir”, - Miller bildirib.

Xəbər xətti