Bu ölkədən Rusiyaya 2,5 milyondan çox sursat gətirilib

DÜNYA bölməsi

10:06 - 1 Mart 2024

 Bu ölkədən Rusiyaya 2,5 milyondan çox sursat gətirilib

Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi 2023-cü ilin avqust ayından Şimali Koreyadan Rusiyaya silah-sursat daşınmasının yüzlərlə kommersiya peyk şəkillərini tədqiq edib.

Yenipress.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

“Gəmiçilik fəaliyyətində bəzi dəyişikliklər olsa da, Şimali Koreyanın Najin limanı ilə Rusiyanın Uzaq Şərq limanları arasında gəmi hərəkəti hələ də davam edir. 2023-cü ilin avqust ayından Şimali Koreya silah-sursatının yüklənməsi və Rusiyaya çatdırılması üçün Najin limanına ən azı 25 giriş edilib. Transponderləri bağlanmış ən azı 19 gəmi konteynerləri boşaltmaq üçün Rusiyanın Vostoçnı limanına daxil olub. Bu reyslərlə 2,5 milyondan çox artilleriya mərmisi və digər döyüş sursatı daşınıb”, - məlumatda deyilir.

Xəbər xətti