Avropanın bu ölkələri “Meta”nı  məhkəməyə verdi

DÜNYA bölməsi

14:58 - 29 Fevral 2024

 Avropanın bu ölkələri “Meta”nı  məhkəməyə verdi

Avropanın 8 ölkəsindən olan istehlakçı müdafiə qrupları “Feysbuk” və “İnistaqram”ın  sahibi olan “Meta”nı istifadəçi məlumatlarını qanunsuz emal etməkdə ittiham edərək  bu şirkəti məhkəməyə verib.

Yenipress.az  xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.

Məlumata əsasən, Çexiya, Danimarka, Fransa, Yunanıstan, Niderland, Norveç, Sloveniya və İspaniyadan olan səkkiz istehlakçı qrup istifadəçilərin məxfi məlumatları qarşılığında şirkətin ödəniş aldığını iddia edib.

Şirkət isə məlumat istifadəsi ilə bağlı bu iddiaları əsassız adlandırıb və ittihamları rədd edib.

Xəbər xətti