Baydendə bir neçə xəstəlik mmüəyyən edilib

DÜNYA bölməsi

10:09 - 29 Fevral 2024

 Baydendə bir neçə xəstəlik mmüəyyən edilib

Tibbi müayinədən sonra ABŞ Prezidenti Co Baydenin səhhətində əvvəllər bəzi problemlər olduğu müəyyən edilib.

Yenipress.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Ciddi neqativ dinamika aşkar edilməyib, prezident lazımi prosedurlardan keçir, dərmanlar qəbul edir. Normal nəbz və ya ürək ritmini saxlamaq üçün heç bir müalicə tələb olunmur.”, - məlumatda deyilir.

Bildirilir ki, Bayden yeriyərkən sol ombasında daha çox narahatlıq hiss etməyə başlayıb:

“Müayinə zamanı bəzi hərəkətlilik məhdudiyyətləri və artritin səbəb olduğu incə dəyişikliklər məlum olub”.

Qeyd edək ki, Amerika liderinə əvvəllər alt ekstremitələrin nevropatiyası diaqnozu qoyulmuşdu, buna görə ayaq nahiyəsində daha az istilik və soyuqluq hiss edir.

Xəbər xətti


Digər xəbərlər