Trampın şok səs yazısı yayıldı: Moskvanı vuracağıq - Video

DÜNYA bölməsi

14:17 - 5 Mart 2022

 Trampın şok səs yazısı yayıldı: Moskvanı vuracağıq - Video

ABŞ-ın sabiq prezidenti Donald Trampın məşhur qolfçu Con Deyli ilə telefon danışığını əks etdirən video mətbuata sızıb.

Yenipress.az Axar.az-a istinadən xəbər verir ki, videoda C.Deyli telefonun səsucaldanını açaraq Trampla danışır.

Tramp Rusiya lideri Vladimir Putini necə təhdid etdiyini açıqlayır:

“Bilirsən, o, (Putin) mənim dostum idi. Onunla bir-birimizi çox yaxşı başa düşürdük. Ona dedim ki, bunu etsən, biz də Moskvanı vuracağıq. Hamısı onun nüvə gücü olduğunu bilir. Sanki ondan qorxurlar”. Qeyd edək ki, telefon danışığının nə zaman olduğu barədə dəqiq məlumat yoxdur.

Xəbər xətti