Laçında xidmət edən əsgərimiz azaraq itkin düşdü - Rəsmi

GÜNDƏM bölməsi

12:07 - 28 Fevral 2024

 Laçında xidmət edən əsgərimiz azaraq itkin düşdü - Rəsmi

Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Yenipress.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Xəbər xətti


Digər xəbərlər