ABŞ-İran müharibəsi gözləniləndir - Sorğu

DÜNYA bölməsi

14:31 - 27 Fevral 2024

 ABŞ-İran müharibəsi gözləniləndir - Sorğu

Keçirilən rəy sorğusunda iştirak edən amerikalı respondentlərin yarısı Co Bayden hakimiyyətinin İrana qarşı münasibətdə mülayim davrandığını deyir.

Yenipress.az xəbər verir ki, bu barədə “Rasmussen Reporterz" mərkəzinin yaydığı məlumatda bildirilib.

Respondentlərin üçdə ikisi mövcud şərayitə görə ABŞ-İran müharibəsinin baş verəcəyinə inanır.

Fevralın əvvəlində keçirilən və nəticələri indi açıqlanan rəy sorğusunda 700 amerikalı iştirak edib.

Bu sorğuda iştirak edənlərin yalnız iki faizi iki ölkə arasında birbaşa hərbi qarşıdurma ehtimalının olmadığını bildirib.

Amerikalı sorğu iştirakçılarının əksəriyyəti (65%) İranla genişmiqyaslı müharibə olacağı təqdirdə ABŞ ordusunun mütləq qələbə çalacağını deyiblər.

Xəbər xətti