“Mülki Müqavilə” Zelenskinin səfərini şərh etməkdən qaçır

DÜNYA bölməsi

16:00 - 27 Fevral 2024

 “Mülki Müqavilə” Zelenskinin səfərini şərh etməkdən qaçır

Dünən “Mülki Müqavilə”nin üzvləri Zelenskinin Ermənistana gözlənilən səfəri ilə bağlı sualdan qaçmağa çalışıblar.

Yenipress.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Fraksiyanın lideri Ayk Konjoryan, deputatlar Babken Tunyan, Vahe Qalumyan bu mövzuda danışmaqdan imtina edib, hətta bütün məsələlər üzrə “mütəxəssis” kimi çıxış edən Andranik Köçəryan da susub.

“Bu səfəri hansısa formada qiymətləndirmək istəmirəm, axı Zelenski Ukraynanın seçilmiş prezidentidir və digər ölkələrin liderləri kimi, xüsusi qadağa olmasa, Ermənistana səfər edə bilər”, - Tunyan bildirib.

Qalumyan qeyd edib ki, səfərlə bağlı hələlik rəsmi açıqlama verilməyib: “Bu baş tutsa, danışarıq, lakin ehtimallara münasibət bildirə bilmərəm”. ​

“Rusiyaya qarşı mübarizə aparan ölkə rəhbərinin səfəri onsuz da gərgin olan Ermənistan-Rusiya münasibətlərini daha da pisləşdirəcəkmi?” sualına deputat Qagik Melkonyan bildirib ki, İrəvan bundan narahat olmamalıdır:

“Rusiyanın necə reaksiya verəcəyi bizi maraqlandırmır, bu, onun işidir. Bizi ölkəmizin maraqları maraqlandırır, öz maraqlarımızı rəhbər tutmalıyıq”.

Ona şayiələrə görə, 44 günlük müharibə zamanı Azərbaycan Ermənistan silahlı qüvvələrinə qarşı Ukrayna fosforundan istifadə edib dedikdə isə o, “Bunu kim dedi? Bu təsdiqlənib? Ukraynalılar da öz növbəsində bunun rus fosforu olduğunu deyirlər”, - deyə cavab verib.

Qeyd edək ki, Ukrayna Prezidentinin martın 4-də Ermənistana səfəri barədə müxtəlif mənbələr məlumat verir. Ötən həftənin sonunda bu məlumatı Ukraynanın Ermənistandakı müvəqqəti işlər vəkili Valeri Lobaç nə təsdiq, nə də təkzib edib: “Bahar Ermənistana müsbət hadisələr gətirəcək”.

Xəbər xətti